Bank Of Baku

Azərbaycan Yolu Siyasi Hərəkatı ilə Azərbaycan Ziyalı Hərəkatı arasında saziş imzalanması baş tutmayıb

Azərbaycan Yolu Siyasi Hərəkatı ilə Azərbaycan Ziyalı Hərəkatı arasında saziş imzalanması baş tutmayıb
# 01 iyun 2007 14:50 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) ilə Azərbaycan Ziyalı Hərəkatı (AZH) arasında imzalanması nəzərdə tutulan saziş baş tutmayıb. Bu barədə APA-ya AZH-nin sədri Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, sazişin imzalanmasından hər iki tərəf qarşılıqlı olaraq imtina edib. E. Quliyev əməkdaşlığın edilməsi ilə bağlı tərəflər arasında uzun müddət danışıqlar aparıldığını və şifahi razılığın əldə olduğunu bildirib: “Amma proseslərin gedişində biz gördük ki, Azərbaycan Yolu Siyasi Hərəkatının rəhbərliyi siyasi mübarizədə özlərini baş rolda görürlər. Biz bunu qəbul edə bilmədik və qarşılıqlı olaraq sazişdən imtina edildi. Siyasi mübarizə kütləvi bir hərəkat olduğu üçün burada kütləvi rol olmalıdır. Onlar baş rolu seçdikləri üçün biz bir yerdə ola bilməzdik”. E. Quliyev həmçinin AYSH rəhbərliyində siyasi istedad olmadığını qeyd edib. AYSH-nin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, tərəflər arasında müqavilənin imzalanmasının gecikməsinə səbəb hərəkatın enerji daşıyıcılarının qiymətinin endirilməsi tələbi ilə aksiyalara başlaması olub. AYSH bu sazişi imzalamaqdan imtina etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR