Bank Of Baku

ADP hakimiyyətə loyal münasibət bəsləyən digər partiyalarla əməkdaşlıq etmək niyyətində deyil

ADP hakimiyyətə loyal münasibət bəsləyən digər partiyalarla əməkdaşlıq etmək niyyətində deyil
# 01 iyun 2007 14:51 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) konstruktiv siyasi kurs qəbul etməsinə baxmayaraq, hakimiyyətə qarşı eyni siyasəti yürüdən digər partiyalarla əməkdaşlıq etmək niyyətində deyil. Partiya sədrinin birinci müavini, icra aparatının rəhbəri Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, buna səbəb həmin partiyaların rəsmi olaraq konstruktivliklə bağlı qərar qəbul etməməsidir. Konstruktiv hesab olunan partiyaların nizamnaməsində belə müddəanın olmadığını bildirən H. Rüstəmov onların hakimiyyətə qarşı loyal olmağın müqabilində qarşılıq aldıqlarını bildirib: “Azərbaycanda konstruktivliyi proqrama daxil etmiş ilk partiya ADP-dir. Biz hesab edirik ki, Azərbaycanda siyasi proseslərə təsiri olan partiyalar da bu yolun vacib olduğunu anladıqdan sonra bunu proqramlarına daxil edəcəklər. Bu zaman biz həmin partiyalarla ittifaq yarada bilərik. Hazırkı hakimiyyətə loyal partiyalarla isə belə birlik mümkün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR