Bank Of Baku

MDB İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylo Azərbaycana gələcək

MDB İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylo Azərbaycana gələcək
# 01 iyun 2007 15:34 (UTC +04:00)
Səfərdə məqsəd MDB İcraiyyə Komitəsinin hədiyyəsi olan 9180 nüsxə kitabın M.F.Axundov adına Milli Kitabxanasına təqdim olunması mərasimində iştirak etməkdir. Səfər çərçivəsində Vladimir Ruşaylonun Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəyi və prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov da APA-ya açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu kampaniya MDB ölkələrinin humanitar layihəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığına əsasən həyata keçirilir. İyunun 5-də M.F.Axundov adına Milli Kitabxanada ölkəmizə gətirilən bu kitabların sərgisi və təqdimat mərasimi keçiriləcək. Hədiyyəni MDB İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylo mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR