Bank Of Baku

ABŞ Türkmənistanı Transxəzər qaz xətti ilə bağlı danışıqlara başlamağa çağırıb

ABŞ Türkmənistanı Transxəzər qaz xətti ilə bağlı danışıqlara başlamağa çağırıb
# 02 iyun 2007 09:09 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Türkmənistana səfər edən ABŞ Dövlət Departamentinin nümayəndəsi Stiven Mann deyib. May ayında Rusiya, Türkmənistan, Qazaxıstan və Özbəkistan arasında Rusiyadan keçəcək Xəzəryanı yeni qaz boru kəmərinin çəkilməsi barədə müqavilə imzalanmasına toxunan S. Mann prezident Qurbanqulu Berdımuxammedovla görüşündən sonra bildirib ki, bu, ABŞ-ın Transxəzər layihəsinə münasibətini dəyişməyib: “Türkmənistanda həm Rusiyanı, həm də Transxəzər boru kəmərini qazla təmin edəcək kifayət qədər qaz var”. S. Mann İrandan keçəcək bütün marşrutların əleyhinə olduqlarını bir daha təkrarlayıb.
Qeyd edək ki, S. Mann 1998-2001-ci illərdə ABŞ-ın Türkmənistandakı səfiri olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR