Bank Of Baku

Polşanın daxili işlər naziri Bakı Slavyan Universitetinin rəhbərliyi və tələbələri ilə görüşüb

Polşanın daxili işlər naziri Bakı Slavyan Universitetinin rəhbərliyi və tələbələri ilə görüşüb
# 02 iyun 2007 12:20 (UTC +04:00)
APA-nın məlumatına görə, qоnaq əvvəlcə rektor Kamal Abdulla ilə görüşüb. Rektor polşalı nazirə universitetin fəaliyyəti ilə bağlı məlumat verib. O, Azərbaycanda polşalı tələbələrin, Polşada isə azərbaycanlı tələbələrin təhsil aldığını deyib. Hər iki şəxs bir-birinə hədiyyələr təqdim etdikdən sonra Y. Kaçmarek universitetin Polyak Dili və Mədəniyyəti Mərkəzinə baş çəkib. Nazir mərkəzdə Polşa ilə bağlı stendlərlə tanış olub, polyak dilində təhsil alan tələbələrlə söhbət edib. Tələbələr polyak dilində şeirlər deyib və mahnı oxuyublar. Daha sonra Y. Kaçmarek universitetin konfrans zalında tələbələrlə görüşüb, onlara öz ölkəsi, Azərbaycana səfərinin nəticələri haqda məlumatlar verib və tələbələrin suallarını cavablandırıb. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR