Bank Of Baku

Azərbaycanla Polşa arasında bir neçə sahədə əməkdaşlığa dair sənədlər imzalanacaq

Azərbaycanla Polşa arasında bir neçə sahədə əməkdaşlığa dair sənədlər imzalanacaq
# 02 iyun 2007 10:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Polşanın daxili işlər naziri Yanuş Kaçmarek bildirib. Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşdüyünü deyən Y. Kaçmarek görüşdə iki ölkənin sərhəd xidmətləri arasında da əməkdaşlığa dair memorandum imzalanması ideyasının yarandığını qeyd edib: “İki ölkənin sərhəd strukturları təcrübə mübadiləsi aparmaq, habelə birgə layihələr həyata keçirmək niyyətindədir. İmzalanacaq sənəd ölkələrimizin maraqlarının qorunması baxımından əhəmiyyətli olacaq”. Y. Kaçmarek Azərbaycanın daxili işlər naziri Ramil Usubovu ölkəsinə dəvət etdiyini, həmkarının bu dəvəti yaxın vaxtlarda reallaşdıracağına ümidvar olduğunun da vurğulayıb. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR