Bank Of Baku

28 May - Respublika Günü Vaşinqtonda təntənəli qeyd olunub

28 May - Respublika Günü Vaşinqtonda təntənəli qeyd olunub
# 02 iyun 2007 10:53 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfirliyi mayın 30-da Vaşinqtonun “Fairmont” mehmanxanasında 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib. Səfirlikdən APA-nın ABŞ bürosuna verilən məlumata görə, tədbirdə Dövlət Departamenti, Müdafiə Nazirliyi, Konqres və digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, analitik tədqiqat mərkəzlərinin, Azərbaycan diasporasının nümayəndələri, həmçinin Vaşinqtonda akkreditə olunmuş xarici ölkələrin diplomatları, ümumilikdə 300 qonaq iştirak edib. Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev mərasimdə çıxış edərək bildirib ki, Azərbaycan Demokratik Respublikası parlamentə, hüquq sisteminə, milli pul vahidinə və digər atributlara malik demokratik, dünyəvi dövlət olub. Y. Əliyev 1991-ci ildə yenidən dünyanın siyasi xəritəsinə qayıdan müstəqil Azərbaycanın bu gün də dünyada qəbul olunan bəşəri dəyərlərə sadiq qaldığını deyib. Tədbirdə Vaşinqtonun meri Adrian Fentinin 28 Mayın ABŞ paytaxtında Azərbaycan Respublikası Milli Günü elan olunması ilə bağlı sərəncamı meriyanın rəsmisi tərəfindən oxunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR