Bank Of Baku

Milli Məclisin deputatı Gülər Əhmədova Strasburqa gedib

Milli Məclisin deputatı Gülər Əhmədova Strasburqa gedib
# 04 iyun 2007 08:51 (UTC +04:00)
Milli Məclisin deputatı Gülər Əhmədova Avropa Şurası tərəfindən “Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” mövzusunda keçiriləcək görüşdə iştirak etmək üçün Strasburqa gedib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş iştirakçıları Avropa Şurası tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, bu istiqamətdə milli parlamentlərin fəaliyyəti, məişətdə qadınlara qarşı edilən fiziki, psixoloji zorakılıqlarla mübarizə üsulları, bu sahədə maarifləndirmə işinin aparılması və digər məsələlər ətrafında müzakirələr aparacaqlar. Səfər iyunun 8-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR