Bank Of Baku

Astanada Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin II Parlamentlərarası konfransı keçiriləcək

Astanada Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin II Parlamentlərarası  konfransı keçiriləcək
# 04 iyun 2007 10:04 (UTC +04:00)
İyunun 5-dən 9-a kimi Qazaxıstanın Astana şəhərində Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin II Parlamentlərarası konfransı keçiriləcək. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Azay Quliyevlə Musa Quliyev iştirak edəcəklər. Deputat A.Quliyevin APA-ya verdiyi məlumata görə, iclasda BMT-nin Orta Asiya və Cənubi Qafqazda QİÇS-ə və narkomaniyaya qarşı iclasının illik hesabatı müzakirə ediləcək. A. Quliyev deyib ki, tədbirdə Azərbaycanda QİÇS və narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər, bu sahədə QHT-lərin rolu və digər məsələlər ətrafında da müzakirələr aparılacaq./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR