Bank Of Baku

Türk dilinin inkişafına göstərdiyi qayğıya görə, Türkiyədə Heydər Əliyevə “Atatürk ödülü” verilib

Türk dilinin inkişafına göstərdiyi qayğıya görə, Türkiyədə Heydər Əliyevə “Atatürk ödülü” verilib
# 04 iyun 2007 11:14 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Azərbaycan 30 nəfərdən artıq nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə 100 ölkədən 550 şagird və tələbə iştirak edib. Olimpiadanı açıq elan edən Mehmet Sağlam bu tədbirin mədəniyyətlər arasında dialoqun yaranmasında, türk dilinin dünyaya çıxmasına yardım etməkdə böyük rolu olduğunu deyib.
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınc da bu tədbirin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu tədbir mədəniyyətlər arasında dialoqun yaranmasına inamı olmayanlara, dünyada sülhün və əmin-amanlığın yaranmasına mane olanlara həm də mədəniyyətin dili ilə bir təpkidir. B. Arınc xarici şagirdlərə türk dilinin incəliklərini öyrədən müəllimlərə də xüsusi təşəkkürünü bildirib.
Tədbirin Təşkilat Komitəsi bu il “Atatürk ödülünü” də təsis edib. İlk ödüllərdən biri Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevə verilib. Ödülü Azərbaycanın Türkiyədəki səfəri Zakir Həşimova təqdim edən təşkilat komitəsinin sədri Mehmet Sağlam rəhbərlik etdiyi qurumun təsis etdiyi bu mükafatı türk dilinin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyevə olan vəfa borcları hesab etdiyini vurğulayıb.
V Beynəlxalq Türkcə Olimpiadasının finalçıları arasında şer müsabiqəsinin Qırğızıstandan Aida Risbekkizi “Kəpəz” şeri ilə birinci, Türkmənistandan Ajayip Allaşova və Mozambikdən İnranek Kalau digər iki yeri tutublar. Mahnı müsabiqəsində isə
Makedonya Havsa Mula, Pakistandan Saeedullah Khoso və Qanadan Edna Yeboah Darko ilk üç yerə sahib oldular.
Azərbaycanı tədbirdə təmsil edən nümayəndə heyətinin tərkibinə gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Gülhüseyn Əhmədov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, APA-nın baş direktoru Vüsalə Mahirqızı, Zaman-Azərbaycan qəzetinin baş redaktoru Enes Cansevər, TUSİAB başqanı Batyaçar Baysal və bir qrup iş adamları iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR