Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifətin yeni alyansı barədə təşəbbüs uğursuzluğa düçar olsa, yeni təşəbbüs ortaya çıxacaq”

Sərdar Cəlaloğlu: “Müxalifətin yeni alyansı barədə təşəbbüs uğursuzluğa düçar olsa, yeni təşəbbüs ortaya çıxacaq”
# 04 iyun 2007 11:20 (UTC +04:00)
“Bəzi partiyaların müxalifətin yeni alyansının yaranması prosesində iştirakdan imtina etməsini alyansın baş tutmadığı kimi qiymətləndirmək olmaz. Hələlik bu iş təşəbbüs mərhələsindədir və cəmi iki toplantı keçirilib”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Alyansın yaradılması məsələsinin qısa müddətdə gündəmdən çıxmayacağını bildirən S. Cəlaloğlunun fikrincə, təşəbbüs uğursuzluğa düçar olsa belə, qısa müddət sonra yeni bir təşəbbüs ortaya çıxacaq.
Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov isə yeni alyansda təmsil olunmaq niyyətində olmadıqlarını söyləyib. O, bir neçə gün əvvəl partiyanın təşəbbüsü ilə milli forumun keçirildiyini və bu tipli tədbirlərin davam edəcəyini vurğulayıb.
AMİP-in təbliğat və mətbuat katibi Əli Orucovun sözlərinə görə, E. Məmmədov əvvəldən bu prosesdə olmayıb: “AMİP yeni alyansın yaranmasında iştirak edir və Etibar Məmmədov bu proseslərə müdaxilə etmir. Biz alyansın yaranmasında maraqlıyıq və bundan sonra da danışıqları davam etdirmək fikrindəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR