Bank Of Baku

Mirmahmud Mirəlioğlu Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının rəhbəri seçilib

Mirmahmud Mirəlioğlu Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının rəhbəri seçilib
# 04 iyun 2007 12:04 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının rəhbəri seçilib. Bu barədə APA-ya məlumat verən KXCP sədri M.Mirəlioğlu bildirib ki, DUİ-nin son toplantısında qurumun əsasnaməsi qəbul edilib və yeni əsasnaməyə görə, DUİ-a daxil olan partiyaların sədrləri bir il müddətinə Sədrlər Şurasına rəhbərlik edəcək. M. Mirəlioğlu qurumun fəaliyyəti ilə bağlı əlavə təkliflərin olduğunu da deyib: “Bunlar əsasən təşkilati məsələlərlə bağlıdır və növbəti toplantılarda bunlara da baxılacaq”. O, əsasnamənin qəbul olunmasında DUİ-yə üzv olan partiyalar arasında heç bir anlaşılmazlıq yaranmadığını da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR