Bank Of Baku

AXCP Rəyasət Heyətinin növbəti iclası keçirilib

AXCP Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 04 iyun 2007 13:51 (UTC +04:00)
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda jurnalistlərin iyunun 12-də azad sözün müdafiəsi ilə bağlı keçirəcəyi mitinqə hazırlıq, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı həmsədrlərin açıqlamaları və partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin gördüyü işlər müzakirə olunub. Son vaxtlar Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq hüquq normalarına zidd olaraq Qarabağ ermənilərinin referendum keçirilməsinə razılıq verilməsi ilə bağlı açıqlamaları blok tərəfindən qəbul edilmir: “Qarabağ ermənilərinə öz müqəddəratlarının təyin edilməsi üçün referendum keçirilməsinə razılığın verilməsi Qarabağın əbədi itirilməsidir”. RH-də Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin bölgələrdə konfranslara hazırlıqla bağlı məlumatı dinlənilib və növbəti addımlar müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR