Bank Of Baku

Tahir Kərimli: “Müxalifətin yaradacağı yeni blokun taleyi əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək”

Tahir Kərimli: “Müxalifətin yaradacağı yeni blokun taleyi əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək”
# 04 iyun 2007 14:14 (UTC +04:00)
“Müxalifət partiyalarının prezident seçkisi öncəsi yaradacağı hər hansı birlik formal xarakter daşıyacaq”. Bu sözləri APA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. O, müxalifətin birlik yaratmaq cəhdlərinin nəticə verməyəcəyini bildirib: “Yaradılacaq blokun taleyi əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək”. T. Kərimli müxalifətdə hakimiyyətlə mübarizə aparacaq liderin olmadığını da qeyd edib: “Partiya sədrlərinin əksəriyyəti birinci olmaq istəyir. Əvvəlcə əməkdaşlıqdan danışanlar sonra düşmən olurlar. Bu da həmişəki kimi münasibətlərdə soyuqluq yardır. Bütün bu məqamlar müxalifətin birləşmək barədə istəklərini heçə endirir. Bunu özləri də bilirlər. Lakin müəyyən səbəblərdən seçkidən seçkiyə fəallaşaraq cəmiyyətə özlərini göstərirlər. Ona görə də, müxalifətin birləşmək cəhdləri nəticə verməyəcək və onlar vahid güc mərkəzi yarada bilməyəcəklər”. T. Kərimli seçkiqabağı dövrdə müxalifət partiyaları arasında ciddi qruplaşmalar yaranacağını da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR