Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 04 iyun 2007 14:22 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda BAXCP sədri Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının mayın 24-29-da Portuqaliyada keçirilən yaz sessiyası barədə İdarə Heyətinə məlumat verib. İclasda Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşü çərçivəsində keçiriləcək görüşü də müzakirə mövzusu olub. Müzakirələrdə təcavüzkar Ermənistana qarşı beynəlxalq birlik tərəfindən sanksiyaların tətbiq edilməsinin vacibliyi vurğulanıb. BAXCP İdarə Heyəti hesab edib ki, Azərbaycan peşəkar ordu quruculuğu prosesini tez bir zamanda başa çatdırmalı, Silahlı Qüvvələrin maddi-texniki bazasını daha da gücləndirməli və ölkənin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində konkret addımlar atmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR