Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti iclası keçirilib

Müsavat Partiyası Divanının növbəti iclası keçirilib
# 04 iyun 2007 15:24 (UTC +04:00)
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın Mərkəzi İcra Aparatının sədri Arif Hacılının APA-ya verdliyi məlumata görə, iclasda kütləvi aksiyalarla bağlı müzakirələr aparılıb. Divan üzvləri bu mərhələdə yalnız jurnalistlərin iyunun 12-nə təyin etdiyi aksiyada fəal iştirak etmək, ay ərzində isə başqa bir aksiya keçirməməyi məqsədəuyğun sayıblar. A. Hacılının sözlərinə görə, növbəti aksiyaların olub-olmayacağı iyul ayında keçiriləcək iclaslarda müəyyənləşəcək. Divanda həmçinin 28 May - Respublika Günü ilə bağlı partiyanın keçirdiyi tədbirlər müzakirə edilib. Divan üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi münasibəti ilə bu ilin “Cümhuriyyət ili” elan edilməsini təklif ediblər. Həmçinin Məhəmməd Əmin Rəsulzadənin adının Bakı Dövlət Universitetinə qaytarılması, paytaxtda Rəsulzadənin heykəlinin ucaldılması ilə bağlı təkliflər hazırlamaq üçün partiyanın komissiyası yaradılıb. Komissiya təkliflər hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR