Bank Of Baku

Marneulinin Kəpənəkçi kəndinin sakinləri etiraz aksiyası keçirib

Marneulinin Kəpənəkçi kəndinin sakinləri etiraz aksiyası keçirib
# 04 iyun 2007 15:32 (UTC +04:00)
Marneuli rayonunun azərbaycanlılar yaşayan Kəpənəkçi kəndinin sakinləri bu gün Kvemo Kartli regional hakimiyyətinin Rustavi şəhərində yerləşən binası qarşısında aksiya keçiriblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, sakinlər kəndə su buraxılmasını tələb ediblər və qubernator Zurab Melikişvili ilə görüşmək istədiklərini deyiblər. Onlar bildiriblər ki, su pulunu vaxtında ödədiklərinə baxmayaraq, 13 gündür kəndə su buraxılmır və camaat Kürün suyundan içməyə məcburdur. Bunun nəticəsində bir neçə uşaq infeksion xəstəliklərə yoluxub. “Rustavisu” Səhmdar Cəmiyyətinin direktoru isə Marneuli rayonundakı 15 kəndin ümumilikdə 8800 dollar borclu olduğunu bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR