Bank Of Baku

AMEA-nın elmi ekspedisiyası sabah Qubaya yola düşəcək

AMEA-nın elmi ekspedisiyası sabah Qubaya yola düşəcək
# 04 iyun 2007 16:23 (UTC +04:00)
Qubada tapılan kütləvi məzarlıqda araşdırmalar aparmaq üçün sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə heyəti həmin rayona səfər edəcək. Bu barədə APA-ya AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov məlumat verib. Onun sözlərinə görə, elmi ekspedisiya böyük bir heyətdən təşkil edilib. Heyətin tərkibində Tarix İnstitutunun 20, Arxeologiya və Etnoqrafiya İnstitutunun 3 alimi təmsil olunur. Y.Mahmudovun bildirdiyinə görə, səfər bir gün davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR