Bank Of Baku

Arif Hacılı: “Yaxın vaxtlarda müxalifətin ciddi siyasi qurumunun formalaşmasını gözləmək lazım deyil”

Arif Hacılı: “Yaxın vaxtlarda müxalifətin ciddi siyasi qurumunun formalaşmasını gözləmək lazım deyil”
# 04 iyun 2007 16:23 (UTC +04:00)
“Yaxın vaxtlarda müxalifət partiyalarının ciddi siyasi qurumunun formalaşmasını gözləmək lazım deyil. Çünki seçkilərə hələ çox vaxt var və indiki mərhələdə yalnız məsləhətləşmələr aparmaq mümkündür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Hazırda müxalifət liderləri arasında müxtəlif istiqamətlərdə müzakirələrin aparıldığını bildirən A. Hacılı bunun yalnız məsləhətləşmələr səviyyəsində olduğunu söyləyib. O, müxalifətin yeni alyansının yaradılması ilə bağlı aparılan danışıqların da çoxtərəfli müzakirələrdən biri olduğunu vurğulayıb. “Azadlıq” blokunun, Rəsul Quliyevin və Etibar Məmmədovun alyansda təmsil olunmaqdan imtinasına gəldikdə, A. Hacılı burada faciəli bir məsələnin olmadığını qeyd edib: ““Azadlıq” blokunun bu alyansda təmsil olunması Sərdar Cəlaloğlunun təşəbbüsü idi. Əvvəldən də bilinirdi ki, onlar məhz bu cür cavab verəcəklər. Amma imtina edilməli bir şey də yox idi, çünki hər hansı qurumun formalaşması ilə bağlı real danışıqlar aparılmırdı. Sadəcə olaraq, bu, müxalifətin fəaliyyətinin ümumiləşdirilməsi üçün aparılan ilkin danışıqlar idi. Etibar Məmmədov isə əvvəlcədən bu danışıqlarda olmayıb. Onun alyansda olacağı ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil. Amma AMİP bu prosesdə iştirak edib və indi də imtina etmir. Digər şəxslərin də seçiminə hörmətlə yanaşırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR