Bank Of Baku

Şeyxülislam: “ABŞ İraqda və Əfqanıstanda məğlub olub, İranda da belə olacaq”

Şeyxülislam: “ABŞ İraqda və Əfqanıstanda məğlub olub, İranda da belə olacaq”
# 04 iyun 2007 17:16 (UTC +04:00)
APA-nın məlumatına görə, İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib ki, İran İslam Respublikası Xomeyninin yadigarıdır və onun qoyduğu dəyərləri dünyaya çatdıracaq. Şeyxülislam Hacı Allahşükür Paşazadə İmam Xomeyni ilə bağlı xatirələrini danışıb. Onun sözlərinə görə, müxtəlif qüvvələr Azərbaycan-İran münasibətlərini gərginləşdirməyə çalışırlar. Müsəlmanların yaşadığı ərazilərdəki müharibələrdən danışan Şeyxülislam “ Əgər müsəlmanlar həmrəy olsalar, Livan, İraq və Fələstində qanın tökülməsinin qarşısı alınar. Səfir açıq danışmadı, amma mən açıq deyirəm ki, bunun səbəbkarı ABŞ-dır. ABŞ İraqda hasar məsələsini ortaya atmaqla iki xalqı bir-birindən ayırmaq istəyir. ABŞ İraqda və Əfqanıstanda məğlub olub, İranda da belə olacaq. İran bütün dünyaya sübut edib ki, haqlıdır” deyib. İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Seyid Əli Əkbər Ocaqnejad Xomeyninin İslam dünyasına xidmətlərindən söz açıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR