Bank Of Baku

ATƏT-in Bakı Ofisi Azərbaycan mediası ilə bağlı bir neçə layihə hazırlayacaq

ATƏT-in Bakı Ofisi Azərbaycan mediası ilə bağlı bir neçə layihə hazırlayacaq
# 05 iyun 2007 08:51 (UTC +04:00)
ATƏT-in Bakı Ofisi Azərbaycanın kütləvi informasiya vasitələri ilə bağlı bir neçə layihə hazırlayacaq. APA-nın məlumatına görə, bu barədə Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos bildirib. O, prezident İlham Əliyev və Azərbaycanın siyasi partiyalarının təmsilçiləri ilə görüşlərdə mətbuatın vəziyyəti ilə bağlı məsələləri müzakirə etdiyini deyib: “Bu görüşlərdə KİV-lə bağlı vəziyyətin yaxşılaşdırılması, normallaşdırılması üçün ATƏT bütün imkanlardan istifadə edəcək. Demokratik ölkə informasiya azadlığına, informasiya plüralizminə əsaslanmalıdır”. ATƏT sədri bunun üçün Azərbaycanda layihələrin həyata keçiriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR