Bank Of Baku

Beverli Hills şəhərinin meri Cimmi Delşad: “Müsəlman ölkəsi olan Azərbaycanda digər dinlərə hörmətlə yanaşılması məni heyran edir”

Beverli Hills şəhərinin meri Cimmi Delşad: “Müsəlman ölkəsi olan Azərbaycanda digər dinlərə hörmətlə yanaşılması məni heyran edir”
# 05 iyun 2007 10:11 (UTC +04:00)
“Sanki Azərbaycanla bağlı gözlərim yenidən açıldı. İstəyirəm ki, ölkənizlə bağlı məlumatları bizim şəhərin mümkün qədər çox sakininə çatdırım. Arzum budur ki, Beverli Hillsin sakinləri Azərbaycanın etnik, dini mənsubiyyətinə görə insanlara fərq qoymayan, bütün dinlərə hörmətlə yanaşan bir ölkə olduğunu bilsinlər. Mənə ən çox təsir edən odur ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda ölkə sakinləri digər dinlərə mənsub olan insanlara, həmçinin qadınlara necə hörmətlə yanaşırlar. Bu, azərbaycanlıların və yerli hökumətin açıq təfəkkürlü olmasından xəbər verir”. Bu sözləri APA-nın ABŞ bürosuna açıqlamasında ABŞ-ın Beverli Hills şəhərinin meri, əslən iranlı olan Cimmi Delşad deyib. 28 May - Respublika Günü münasibətilə Los-Anceles şəhərində keçirilən mərasimə qatılan C. Delşad bildirib ki, əldə etdiyi məlumatlarla Azərbaycanı yenidən kəşf edib. O, Azərbaycan haqqında bilgiləri şəhərin imkanlı sakinlərinə çatdıraraq onları Azərbaycanla birgə biznes və mədəni əlaqələri genişləndirməyə ruhlandırmaq istədiyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR