Bank Of Baku

İsa Qəmbər: “Müxalifətin yeni alyansının yaradılması üçün başlayan danışıqların yekun nəticəsi yoxdur”

İsa Qəmbər: “Müxalifətin yeni alyansının yaradılması üçün başlayan danışıqların yekun nəticəsi yoxdur”
# 05 iyun 2007 10:55 (UTC +04:00)
“Müxalifətin yeni alyansının yaradılması ilə bağlı təklifi ilə digər həmkarlarımız çıxış ediblər və bu istiqamətdə bir neçə görüşümüz keçirilib. Hazırda məsləhətləşmələr dayanmayıb, biz bu prosesi davam etdirəcəyik”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. Hələlik yekun nəticənin olmadığını bildirən İ. Qəmbərin sözlərinə görə, bu alyans məsləhətləşmə mərkəzi kimi nəzərdə tutulub. O, danışıqlarda siyasi proseslərə təsir qüvvəsi olan qurumların iştirak etdiyini bildirərək, detallar barədə danışmaq istəmədiyini vurğulayıb.
Qeyd edək ki, alyansın yaradılması prosesində Müsavat, ADP, AMİP, ASDP, Tərəqqi Partiyası və Azərbaycan Naminə İctimai Forum iştirak edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR