Bank Of Baku

“Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib

“Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib
# 05 iyun 2007 12:00 (UTC +04:00)
Bu gün “Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, iclasda jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqdə iştirakla bağlı müzakirələr aparılıb. O, blokun üzvü olan partiyaların bu aksiyaya tam dəstək verəcəyini, jurnalistlərin növbəti aksiyalarına da qatılacaqlarını deyib. Blokun üzvü olan partiyalar mitinqin Təşkilat Komitəsi üçün nümayəndələr ayırıblar. Sədrlər Şurasının iclasında həmçinin ATƏT-in sədri Migel Anhel Moratinos ilə müxalifət liderləri arasında bu gün keçirilmiş görüşün nəticələri müzakirə edilib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR