Bank Of Baku

İsa Qəmbər: “Jurnalistlərin aksiyasından sonra növbəti yürüş-mitinqlə bağlı müzakirə aparacağıq”

İsa Qəmbər: “Jurnalistlərin aksiyasından sonra növbəti yürüş-mitinqlə bağlı müzakirə aparacağıq”
# 05 iyun 2007 12:00 (UTC +04:00)
“Kütləvi aksiyaların hava şəraiti, fəsillərlə əlaqələndirilməsi o qədər də düzgün olmayan yanaşmadır. Biz təyin etdiyimiz aksiyalarda daha çox qaldıracağımız problemləri əsas götürürük”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. Bu il sosial tələblərlə bir neçə aksiya keçirdiklərini xatırladan İ. Qəmbər iyunda mitinq keçirilməməsi qərarını jurnalistlərin ayın 12-nə mitinq təyin etməsi ilə əlaqələndirib: “Biz jurnalistlərin mitinqində fəal iştirak etmək niyyətindəyik, ona görə də özümüz ayrıca mitinq təyin etmədik. Mitinqlərlə bağlı sonrakı addımlarımızı isə hələ müzakirəyə çıxarmamışıq. Aksiyaları davam etdirmək məsələsinə jurnalistlərin aksiyasında baxacağıq və havaların istiləşməsinin insanların mitinqə gəlməsinə nə qədər təsir göstərdiyini müəyyənləşdirəcəyik. Orada cəmiyyətin söz azadlığına dəstəyinin səviyyəsi məlum olacaq. Bundan sonra isə növbəti yürüş-mitinqlə bağlı müzakirə aparacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR