Bank Of Baku

Konstansada “Avropa vətəndaşlığı və milli vətəndaşlıq” mövzusunda beynəlxalq simpozium keçirilib

Konstansada “Avropa vətəndaşlığı və milli vətəndaşlıq” mövzusunda beynəlxalq simpozium keçirilib
# 05 iyun 2007 12:28 (UTC +04:00)
Rumıniyanın Konstansa Ovidius Universitetində “Avropa vətəndaşlığı və milli vətəndaşlıq” adlı beynəlxalq simpozium keçirilib. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, simpoziumda çıxış edən Ovidius Universitetinin rektoru professor Viktor Çupina Avropa İttifaqına yeni daxil olan ölkə kimi Rumıniyada da milli və Avropa vətəndaşlığı arasında hüdudların müəyyən edilməsinin böyük önəm daşıdığını qeyd edib. Tədbirdə çıxış edən ölkəmizin Rumıniyadakı səfirliyinin müşaviri Tural Rzayev Azərbaycanda vətəndaşlığın hüquqi statusuna dair məruzə ilə çıxış edib. Daha sonra Türkiyənin Konstansadakı baş konsulu Haluk Ağca, Rumıniya Müsəlmanlarının Müftisi Murad Yusif, Fransanın Reymıs şəhərinin baş prokuroru Olivye Eşappe, Rumıniya Hüquqşünaslar Birliyinin sədri İosif Kuzbayan problemin müxtəlif aspektlərinə dair məruzələr oxuyublar. Tədbirdə, həmçinin, Rusiya, Bolqarıstan, Türkiyə, İspaniya, Moldova, İtaliya və digər ölkələrdən gəlmiş elm xadimlərinin çıxışları dinlənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR