Bank Of Baku

ABŞ-ın müdafiə naziri Robert Qeyts: “Azərbaycanda olan radar bizim Çex Respublikasında quraşdırmaq istədiyimiz müasir “X-band” radara köməkçi qismində xidmət etməlidir”

ABŞ-ın müdafiə naziri Robert Qeyts: “Azərbaycanda olan radar bizim Çex Respublikasında quraşdırmaq istədiyimiz müasir “X-band” radara köməkçi qismində xidmət etməlidir”
# 16 iyun 2007 08:55 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Robert Qeyts Belçikada keçirilən NATO sammitindən sonra verdiyi açıqlamasında bildirib. ABŞ-ın müdafiə naziri Qəbələ RLS-in Avropaya buraxılan raketin ilkin məlumatlarını əldə etməyə gözəl vasitə olduğunu, lakin raketin sonrakı izləmə trayektoriyası ilə bağlı əminliyin olmadığını deyib. NATO sammitində qəbul olunan daha iki vacib məsələlərdən biri raketdən müdafiə sisteminin yalnız Polşa və Çexdə deyil, həmçinin Türkiyə, Rumıniya, Bolqarıstan və Yunanıstanı qoruyacaq ərazilərdə yerləşdirilməsidir. Eyni zamanda, NATO-nun üzv ölkələri məlum müdafiə şəbəkənin quraşdırılmasında Ukrayna ilə “məlumat mübadiləsinin” başlanmasını dəstəkləyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR