Bank Of Baku

Qara dəniz Ticarət və İnkişaf Bankının illik toplantısı keçiriləcək

Qara dəniz Ticarət və İnkişaf Bankının illik toplantısı keçiriləcək
# 16 iyun 2007 11:40 (UTC +04:00)
Bu il iyunun 17-də Kişinyovda Qara dəniz Ticarət və İnkişaf Bankının illik toplantısı keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə QDTİB-nin Kişinyov toplantısında Albaniya, Yunanıstan, Azərbaycan, Ukrayna, Erməınistan, Rusiya, Türkiyə, Moldova, Bolqarıstanın nümayəndələri, rəhbər və direktorları iştirak edəcəklər. Gündəliyə beynəlxalq maliyyə qurumlarının iqtisadi inkişafda rolu, beynəlxalq investisiyaların sənaye, enerji, nəqliyyat sektorlarının uzunmüddətli inkişafına təsiri və s. məsələlər daxil edilib. Bundan başqa, iclas zamanı Qara dəniz bankı ilə Moldovanın təsərrüfat obyektləri arasında güzəştli kredit sazişlərinin imzalanması planlaşdırılıb. Kişinyovdakı Respublika Sarayında iyunun 18-də "Qara dəniz sahibkarlığı günü" forumu kçeiriləcək və onun işində xarici investorlar, iş adamları və beynəlxalq maliyyə qurumlarının təmsilçilərinin iştirak etməsi gözlənilir. Forumun açılışında QDTİB-nin rəhbəri Xeyrəddin Kaplan və Moldovanın baş naziri Vasile Tarlevin çıxış etməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR