Bank Of Baku

MSK insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının yerinə yetirilməsi istiqamətində tədbirlər həyata keçirir

MSK insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının yerinə yetirilməsi istiqamətində tədbirlər həyata keçirir
# 18 iyun 2007 08:20 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) prezidentin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” barədə sərəncamının yerinə yetirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamdan irəli gələn tələblərə uyğun fəaliyyət proqramı hazırlamaq üçün MSK-nın 5 üzvündən ibarət işçi qrup yaradılıb, aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların həyata keçirilməsi ilə əlaqədar tədris proqramı və tematik plan işlənib hazırlanıb, tədrisin həyata keçirilməsi üçün tədris müəssisələrinin, mütəxəssislərin əhatə dairəsi müəyyənləşdirilib. Kursların payızda başlaması nəzərdə tutulur. Seçki qanunvericiliyinin tələblərinə və sərəncama uyğun olaraq seçki prosesində iştirak edən vətəndaşlarla daim iş aparılır. Sərəncamdan irəli gələrək bu vaxta qədər MSK-nın internet səhifələrində vətəndaşları maraqlandıran çeşidli sənədlər yerləşdirilib. Bunların sırasında seçici siyahıları dairə və məntəqələr üzrə, keçiriləcək seçkilərdə iştirak edən namizədlər, seçilmiş deputatlar haqqında məlumatlar, dairə və məntəqələrin ünvanı, onların yerləşdiyi yerin sxematik xəritəsi və telefon nömrələri, dairə və məntəqələrə gedən ictimai nəqliyyatın nömrələri, marşrut istiqamətləri və s. var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR