Bank Of Baku

Bakıda GUAM ölkələri rəhbərlərinin növbəti sammiti çərçivəsində görüşlər başlayıb

Bakıda GUAM  ölkələri rəhbərlərinin növbəti sammiti çərçivəsində görüşlər başlayıb
# 18 iyun 2007 08:33 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün ilk olaraq, GUAM ölkələrinin iqtisadi strukturlarının - enerji, rabitə, nəqliyyat, gömrük orqanlarının rəhbərlərinin görüşü başlayıb. Görüş qapalı keçirilir və bu barədə jurnalistlərə hər hansı açıqlama verilmir. Artıq quruma daxil olan ölkələrin hüquq-mühafizə orqanlarının başçılarının, milli təhlükəsizlik, daxili işlər, fövqəladə hallar, baş prokurorlar, sərhəd xidmətləri rəhbərlərinin də toplantıları başlayıb. Bu gün həmçinin GUAM ölkələrinin humanitar strukturlarının, yəni təhsil, mədəniyyət, turizm, gənclər və idman, həmçinin Elmlər Akademiyaları rəhbərləri də görüşü keçiriləcək. GUAM-ın işgüzar şurası da artıq toplaşıb.
Günün ikinci yarısında isə qurumun xarici işlər nazirlərinin görüşü olacaq. Bunun ardınca isə GUAM ölkələrin XİN başçıları ABŞ və Yaponiyanın nümayəndələri ilə qurumla əməkdaşlıq perspektivlərinə dair danışıqlar aparacaqlar. Günün ikinci yarısında həmçinin GUAM ölkələri rəhbərlərinin Bakıda təkbətək görüşləri də nəzərdə tutulub.
Çərşənbə axşamı isə GUAM-ın əsas sammiti və sənədlərin imzalanma mərasimi keçiriləcək. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR