Bank Of Baku

Vasif Talıbov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisini qəbul edib

Vasif Talıbov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisini qəbul edib
# 18 iyun 2007 09:27 (UTC +04:00)
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi Bruno Puezanı qəbul edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Sarat Daş da iştirak edib. Rəsmi görüşdə V. Talıbov BMT-nin İnkişaf Proqramının (İP) Azərbaycanda 15 ilinin tamam olduğunu, bu müddət ərzində təşkilatın xətti ilə yoxsulluğun aradan qaldırılması, minalı ərazilərin təmizlənməsi, ətraf mühitin mühafizə proqramları və digər bu kimi layihələrin həyata keçirildiyini bildirib. O, Naxçıvan MR-də ötən illər ərzində BMT-nin İP çərçivəsində görülən işlərə də toxunub. Naxçıvanda ÜDM-nin həcmində özəl bölmənin payının 85 faiz təşkil etdiyini deyən V.Talıbov təkcə bu il özəl bölmənin inkişafına 8 mln. dollara yaxın həcmdə kredit verildiyini vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Bruno Pueza da layihələrin uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib, Azərbaycanın dünyaya inteqrasiya yolunu müsbət qiymətləndirib. Görüşdə BMT-nin Azərbaycandakı qurumlarının Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq imkanları da müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR