Bank Of Baku

Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak etmək üçün sabah Tehrana gedəcək

Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak etmək üçün sabah Tehrana gedəcək
# 19 iyun 2007 10:25 (UTC +04:00)
Konfrans çərçivəsində müxtəlif ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub. İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare APA-ya eksklüziv açıqlamasında bildirib ki, Azərbaycan və İran rəsmiləri arasında ikitərəfli danışıqlarda tərəfləri maraqlandıran müxtəlif məsələlər, o cümlədən yaxın zamanlarda Bakıda Azərbaycan-İran hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsi məsələsi müzakirə olunacaq. Tehrana gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Xələf Xələfov, XİN Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim, Xəzərin statusu ilə bağlı işçi qrupun ekspertləri daxildir. Qeyd edək ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransının keçirilməsində məqsəd ikinci Xəzər sammiti üçün sənəd layihələrinin hazırlanmasıdır. Nazirlər Xəzərin hüquqi statusu ilə bağlı məsələləri, Xəzərdə əməkdaşlığın inkişafı və regional təhlükəsizliyinin təmin olunmasının aktual aspektlərini müzakirə edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR