Bank Of Baku

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb
# 20 iyun 2007 09:48 (UTC +04:00)
Avstriyanın federal kansleri Alfred Güsenbauer və Avropa Parlamentinin prezidenti Hans-Gert Pöterrinq iyunun 25-də AŞPA üzvləri qarşısında çıxış edəcəklər. Növbəti gün isə İtaliyanın ədliyyə naziri Klemente Mastella Avropa Şurasına üzv olan dövlətlərin ölüm hökmü ilə bağlı beynəlxalq moratoriumu təşviq etməsinə dair müzakirələrə qatılacaq. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsinin (YBCM) baş prokuroru Karla del Ponte YBCM-in yurisdiksiyası çərçivəsində cinayətlərin təqib edilməsi haqda iyunun 28-də aparılacaq müzakirələrdə məruzə ilə çıxış edəcək. Serbiyanın xarici işlər naziri Vuk Ceremiç Nazirlər Komitəsi adından iyunun 28-də çıxış edəcək və AŞPA üzvlərinin suallarını cavablandıracaq. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Yak Diuf, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Yan Lemyer, Vicdanın Səsi Fondunun rəhbəri Rabbi Artur Şniyer və Qaçqınlar üzrə Birləşmiş Millətlər Təşkilatının komissarı Antonio Qutyeres də dəvət edilmiş məruzəçilər arasındadırlar. İyunun 26-da həmçinin Avropa Şurası baş katibinin müavini postuna seçkilər keçiriləcək. AŞPA-nın yay sessiyasının gündəliyinə Avropada antisemitizm, Avropa-Aralıq Dənizi zonasında kənd təsərrüfatı və regional siyasət; Monakonun Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin müzakirəsi daxil edilib. İyunun 27-də AŞPA prezidenti Rene van der Linden “Human Rights Watch” qeyri-hökumət təşkilatına şübhəli gizli həbsxanalar və məhbusların qanunsuz köçürülməsinə dair təhqiqatın aparılmasında göstərdiyi köməklik üçün mükafat təqdim edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR