Bank Of Baku

Rumıniya prezidenti Trayan Basesku: “Münaqişələrin həlli zamanı ərazi bütövlüyünə, milli suverenliyə hörmətlə yanaşılmalıdır”

Rumıniya prezidenti Trayan Basesku: “Münaqişələrin həlli zamanı ərazi bütövlüyünə, milli suverenliyə hörmətlə yanaşılmalıdır”
# 20 iyun 2007 09:58 (UTC +04:00)
APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Rumıniya prezidenti Trayan Basesku keçmiş SSRİ məkanındakı “dondurulmuş” münaqişələr Moldovadakı Dnestryanı, Gürcüstandakı Cənubi Osetiya və Azərbaycandakı Dağlıq Qarabağ münaqişələrinə dair ATƏT-in təşəbbüslərini dəstəklədiklərini bəyan edib: “Bizim fikrimizcə, “dondurulmuş” münaqişələr ərazi bütövlüyünə, milli suverenliyə hörmətlə yanaşılması ilə həll olunmalıdır”. T. Basesku GUAM dövlətlərinin Qərb ölkələri ilə real əməkdaşlıq etməsinin vacibliyini də vurğulayıb: “GUAM ölkələri və Qərb dövlətləri arasında yaxınlaşma yalnız siyasi əməkdaşlıq səviyyəsində olmamalıdır”.
T. Basesku Avropada Adi Silahlar haqqında Müqaviləyə Rusiyanın münasibətini tənqid edib. O bəyan edib ki, Rusiya öz bazalarını Moldova və Gürcüstan ərazisindən çıxarmaqla bağlı 1999-cu ildə üzərinə öhdəlik götürsə də, bunu hələ də yerinə yetirməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR