Bank Of Baku

Latviyanın iqtisadiyyat naziri Yuri Strods bu gün Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyində görüşlər keçirəcək

Latviyanın iqtisadiyyat naziri Yuri Strods bu gün Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyində görüşlər keçirəcək
# 20 iyun 2007 10:58 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Latviyanın iqtisadiyyat naziri Yuri Strods görüşlərə başlayıb. Latviya səfirliyindən APA-ya verilən məlumata görə, bu gün Yuri Strods Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyində görüşlər keçirəcək. Görüşlər zamanı Yuri Strodsun son səfərində irəli sürülən layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Tərəflər əsasən investisiya layihələri ətrafında fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, Yuri Strods Bakıya GUAM ölkələri dövlət başçılarının sammitində iştirak etmək üçün gəlib. Sammitə Latviya prezidenti Vayra-Vike Freyberqa dəvət olunsa da, ölkədəki siyasi durum səbəbilə Bakıya Yuri Strods gəlməli olub. Mayda Latviyada hökumət dəyişikliyi baş verib, yeni prezident isə hələ öz səlahiyyətlərinin icrasına başlamayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR