Bank Of Baku

“Sosintern”in baş katibi Luis Ayala Azərbaycana səfər edəcək

“Sosintern”in baş katibi Luis Ayala Azərbaycana səfər edəcək
# 22 iyun 2007 14:11 (UTC +04:00)
“Sosintern”in baş katibi Luis Ayala iyunun 25-də Azərbaycana səfər edəcək. Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, səfər çərçivəsində L. Ayala ASDP rəhbərliyi və bir sıra digər görüşlər keçirəcəyi nəzərdə tutulub. Görüşlərdə əsas müzakirə mövzusu Azərbaycanda sol yönümlü siyasi qurumların vəziyyəti olacaq. Qeyd edək ki, bu dünyanın əksər ölkələrinin sol yönümlü partiyalarını özündə birləşdirən “Sosintern”in baş katibinin Azərbaycana ilk səfəridir./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR