Bank Of Baku

NATO baş katibinin müavini Azərbaycanda keçiriləcək NATO həftəsi tədbirlərində iştirak edəcək

NATO baş katibinin müavini Azərbaycanda keçiriləcək NATO həftəsi tədbirlərində iştirak edəcək
# 22 iyun 2007 14:24 (UTC +04:00)
Səfərin məqsədi iyulun 9-14-də Azərbaycanda NATO həftəsi çərçivəsində keçiriləcək tədbirlərə qatılmaqdır. Jan Furne səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüş keçirəcək. Qeyd edək ki, Azərbaycanda NATO həftəsi çərçivəsində Avroatlantik Tərəfdaşlıq Şurasının kollokviumu, NİSA-nın yay sessiyası, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri və jurnalistlər üçün seminar, tərəfdaş ölkələrdə NATO informasiya mərkəzlərinin nümayəndələrinin görüşü, Gəncədə Avroatlantik informasiya mərkəzinin açılışı və digər tədbirlər keçiriləcək. Tədbirlər “Energetika təhlükəsizliyi və Avroatlantik məkanda vacib infrastrukturun müdafiəsi” devizi altında baş tutacaq. Azərbaycanda NATO həftəsi çərçivəsində “Üç dəniz regionu və bu regionun enerji təhlükəsizliyində rolu”, “Karbohidrogen ehtiyatlarının rolu: perspektivlər və alternativlər”, “Terrorizm təhlükəsi”, “Enerji təhlükəsizliyinin iqtisadi aspektləri”, “Enerji təhlükəsizliyində NATO-nun rolu”, “Azərbaycanın enerji təhlükəsizliyi strategiyası” kimi mövzular müzakirə olunacaq. Qeyd edək ki, Bakıda NATO həftəsi NATO-nun dəstəyi ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR