Bank Of Baku

Bakıda GUAM-a üzv ölkələrin müxalif siyasi partiya və hərəkatların Koordinasiya Şurasının iclası keçirilib

Bakıda GUAM-a üzv ölkələrin müxalif siyasi partiya və hərəkatların Koordinasiya Şurasının iclası keçirilib
# 22 iyun 2007 16:36 (UTC +04:00)
Bakıda GUAM-a üzv ölkələrin müxalif siyasi partiya və hərəkatların Koordinasiya Şurasının iclası keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) sədri İlqar Qasımov müxalifətdə olan partiyaların əməkdaşlıqlarının genişlənməsinin hər bir xalq üçün önəmli olduğunu söyləyib və qurumun heç kimə qarşı yaradılmadığını vurğulayıb. Ukrayna Sosialist Tərəqqi Partiyasının sədri Natalya Vitrenko GUAM-a üzv olan ölkələrin müxalifət partiyalarının əməkdaşlığının aktuallığını qeyd edib. Gürcüstanın Leyborist-Fəhlə Partiyasının sədr müavini Nestan Kirtadze isə postsovet ölkələrinin problemlərinin oxşar olduğunu xatırladıb və qurumun Seçki Monitorinq Qrupunun yaradılmasını təklif edib. İclasda GUAM-a üzv dövlətlərin başçılarına müraciət qəbul edilib. Müraciətdə GUAM-ın hərbi bloka çevrilməsi cəhdlərinin narahatlıqla qəbul edildiyi bildirilib və bunun regionda gərginliyin yaradılmasına gətirib çıxaracağı qeyd olunub.
Koordinasiya Şurasının iclasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında quruma daxil olan partiyaların sədrləri əməkdaşlığın əhəmiyyəti vurğulanıb. AYSH sədri İ. Qasımov qurumun münaqişələrlə məşğul olacaq monitorinq qrupunun yaradılacağını söyləyib. O, GUAM sülhməramlılarının NATO-nun təzyiqi altında yaradıldığını bildirib. Ukrayna Sosialist Tərəqqi Partiyasının sədri Natalya Vitrenko Ukrayna iqtidarının qərbyönümlü siyasətini pisləyib: “Viktor Yuşşenkonun Ukraynanı NATO-ya sürükləməsinə heç kim icazə vermir. Avropaya inteqrasiya NATO-ya daxil olmaq demək deyil”. Gürcüstanın Leyborist-Fəhlə Partiyasının sədr müavini Nestan Kirtadze Gürcüstanın siyasi terror dalğasının bürüdüyünü deyib. Daha sonra AYSH sədri İlqar Qasımov, Ukrayna Sosialist Tərəqqi Partiyasının rəhbəri Natalya Vitrenko, Gürcüstan Leyborist-Fəhlə Partiyasının sədr müavini Nestan Kirtadze, Moldova “Partiya Vətən” İttifaqının sədr müavini Valentin Krılov və Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov jurnalistləri maraqlandıran suallara cavab veriblər. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR