Bank Of Baku

Səməd Seyidov: “Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə həyata keçirir”

Səməd Seyidov: “Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə həyata keçirir”
# 22 iyun 2007 16:13 (UTC +04:00)
“Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə həyata keçirir. Bu öhdəliklərdən yalnız bir neçəsi yerinə yetirilməmiş qalıb ki, onlardan biri də alternativ xidmət haqqında qanunun qəbuludur”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. O, problemlərin həlli məqsədilə Azərbaycan-Avropa Şurası işçi qrupunun yaradıldığını deyib: “Həmin işçi qrupu həm Prezident Aparatında, həm Milli Məclisin, həm də Avropa Şurasının toplantısında iştirak edərək öz təkliflərini hazırlayacaq. İşçi qrupunun növbəti toplantısı avqustun axırı, sentyabrın əvvəllərinə nəzərdə tutulub. Azərbaycan hökuməti və Avropa Şurasının Venesiya Komissiyası arasında razılıq əldə olunandan sonra işçi qrupu həmin təklifləri açıqlayacaq”. Jurnalistlərin həbsi məsələsinə toxunan Səməd Seyidov media işçilərinin həbsini heç kəsin arzulamadığını bildirib: “Amma hamı qanun çərçivəsində hərəkət etməlidir və qanuna tabe olmalıdır. Biz burada hər hansı bir problem görmürük. İstərdik ki, bu məsələ tezliklə həll olunsun”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR