Bank Of Baku

İbrahim Burhanov: “Yurdlarına qayıtmaq istəyən Axısxa türklərindən gürcü dilini bilməyi tələb etmək qeyri-ciddilikdir”

İbrahim Burhanov: “Yurdlarına qayıtmaq istəyən Axısxa türklərindən gürcü dilini bilməyi tələb etmək qeyri-ciddilikdir”
# 23 iyun 2007 11:32 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Axısxa türklərinin “Vətən” Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İbrahim Burhanov verib. Gürcüstan parlamentində qəbul olunan qanun layihəsinə münasibət bildirən İbrahim Burhanov layihədəki bu kimi qeyri-ciddi tələblərin növbəti müzakirələrdə qanundan çıxarılacağını deyib: “Biz buna çalışırıq. İnsanlarımız gedər, öz yurdlarında məskunlaşar, uşaqlar türk dilini unutmamaq şərti ilə gürcü məktəblərində oxuyar, sonra bizdən imtahan vermək tələb edərlər. Amma yurdlarına qayıtmaq istəyən türklərdən gürcü dilindən test imtahanı verməyi tələb etmək qeyri-ciddi məsələdir”. İ. Burhanovun sözlərinə görə, Axısxa türklərinin öz tarixi torpaqlarına qayıtması ilə bağlı bir neçə layihə mövcuddur. Qanun layihəsində yurdlarına qayıtmaq istəyən insanlara öz vəsaitləri ilə ev və torpaq sahəsi almağa şərait yaradılacağı ilə bağlı müddəaya münasibət bildirən İ. Burxanov deyib ki, bu, Avropa Şurasının təklifidir: “Avropa Şurası təklif edib ki, repatriantlara sərbəstlik verilsin, onlar özləri birbaşa istədikləri yerlərə qayıtsın. Problemlərin həlli ilə bağlı müxtəlif fondlar qurulacaq, özəl fondlardan birini də özümüz quracağıq”. Onun sözlərinə görə, Axısxa türklərinə Gürcüstanın hər yerinə köçmək hüquq veriləcək, ancaq “Vətən” Cəmiyyəti üzvlərinin Gürcüstanın başqa yerlərinə köçmək planları yoxdur: “Bizim istəyimiz tarixi torpaqlarımıza qayıtmaqdır. Gürcüstan bu qayıdışın hüquqi tərəfini həll etməli, kimlərin oraya köçməyə haqqı olması qanunla müəyyən olmalıdır. Axısxa türklərinin geri qayıtmasını isə biz təşkil edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR