Bank Of Baku

Abdullah Gül: “QDİƏT sammitində “Şəqr-Qərb” enerji layihəsinin həyata keçirilməsi istiqamətində önəmli addımlar atılacağına inanıram”

Abdullah Gül: “QDİƏT sammitində “Şəqr-Qərb” enerji layihəsinin həyata keçirilməsi istiqamətində önəmli addımlar atılacağına inanıram”
# 25 iyun 2007 10:49 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu fikirləri QDİƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında açılış nitqi söyləyən Türkiyə xarici siyasət idarəsinin rəhbəri Abdullah Gül söyləyib. Toplantıya sədrlik edən Abdullah Gül QDİƏT üzvü ölkələrin beynəlxalq cinayətkarlığa qarşı birgə mübarizə aparmalı olduğunu deyib: “Türkiyənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik etdiyi dövrdə Qara Dəniz dairəvi yolunun çəkilişi layihəsi həyata keçirilib. Bu yol quruma üzv ölkələr arasında nəqliyyat əlaqəsinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Biz sammitdə “Şərq-Qərb” enerji layihəsini müzakirə edəcəyik və bu layihənin həyata keçirilməsi üçün önəmli addımlar atılacağına inanıram”. Qeyd edək ki, hazırda davam edən QDİƏT Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra quruma üzv ölkələrin dövlət başçılarının zirvə görüşü başlayacaq. Zirvə görüşünə Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, BMT Avropa İqtisadi Komissiyası, BMT İnkişaf Proqramı, BMT Ekoloji Proqramı, UNİDO, Avropa İqtisadi Birliyi, Beynəlxalq Nəqliyyat Daşımaları Birliyi və Beynəlxalq Nəqliyyat Federasiyasından nümayəndələr qatılacaq. Sammitdə QDİƏT-in 12 təsisçi və 13 müşahidəçi üzvünün dövlət və hökumət başçıları iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR