Bank Of Baku

Elmar Məmmədyarov: “Azərbaycan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsindəki layihələrə iqtisadi dəstək verəcək”

Elmar Məmmədyarov: “Azərbaycan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsindəki layihələrə iqtisadi dəstək verəcək”
# 25 iyun 2007 10:55 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin xarici işlər naziri Abdulla Gülün sədrliyi ilə keçirilən iclasa 12 ölkənin xarici işlər naziri qatılıb. İclasda təşkilatın indiyədək gördüyü işlər, bundan sonrakı perspektiv barədə müzakirə aparılıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə çıxışında Azərbaycan tərəfinin təkliflərini irəli sürüb. O, Azərbaycanın daha çox layihələrə dəstək verdiyini bildirib: “Azərbaycan bu layihələrin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Fondu və Qara dəniz İqtisadi Ticarət Bankı vasitəsilə dəstəkləməsinə öz töhfəsini verəcək”. E. Məmmədyarov Azərbaycanın QDİƏT-in Avropa Birliyi ilə strateji əməkdaşlığına xüsusi əhəmiyyət verdiyini də söyləyib. QDİƏT-in digər beynəlxalq təşkilatlarla əməkdaşlığının vacibliyindən bəhs edən Azərbaycanın XİN başçısı ölkəmizin Ermənistan istisna olmaqla, digər üzv ölkələrdə yenidənqurma işlərinə dəstək verəcəyinə bildirib. E. Məmmədyarov Ermənistan və Azərbaycan münaqişəsindən danışıb. O, iki ölkənin ordularının qarşı-qarşıya durduğunu, münaqişənin davam etdiyini vurğulayıb. Nazir Azərbaycan iqtisadiyyatının yüksək səviyyədə inkişaf etdiyini, ölkənin böyük geostrateji layihələrə imza atdığını və bunun davam edəcəyini də deyib. E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdiyini və Azərbaycanın regionda sülhün tərəfdarı olduğunu da söyləyib.
Tədbirdə qeyd olunub ki, QDİƏTƏ üzv 12 ölkənin xarici ticarət dövriyyəsinin həcmi 650 milyard dollardır. Quruma üzv ölkələr arasındakı ticarət dövriyyəsi isə bunun 10 faizi 650 milyon dollardır.
Fasilədən sonra QDİƏT-ə üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı başlayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR