Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib
# 25 iyun 2007 12:49 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda quruma yeni üzvlərin qəbulu məsələsi müzakirə edilib. DUİ-ın bölgə şöbələrinin yaradılması məqsədilə regionlara səfərlərin təşkili ilə bağlı qərar qəbul olunub. Yığıncaqda DUİ-ın təşəbbüsü ilə iyulun 2-də keçiriləcək Qarabağ probleminə həsr edilən foruma hazırlıq üzrə işçi qrupun hesabatı da dinlənilib. Qeyd edək ki, bir həftə öncə qurumdan 4 partiyanın DUİ-yə üzv olması haqda informasiya yayılsa da, ittifaq partiyaların adlarını açıqlamaqdan imtina edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR