Bank Of Baku

“Müsavat” deputat qrupunun üzvləri Gürcüstanda səfərdə olub

“Müsavat” deputat qrupunun üzvləri Gürcüstanda səfərdə olub
# 25 iyun 2007 12:55 (UTC +04:00)
“Müsavat” deputat qrupunun üzvlərinin Gürcüstana səfəri başa çatıb. Qrupun üzvü, millət vəkili Arzu Səmədbəyli APA-ya açıqlamasında bildirib ki, səfər onların öz təşəbbüsü ilə həyata keçirilib. Məqsəd qonşu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti, sosial problemləri ilə maraqlanmaq olub. A. Səmədbəyli səfər çərçivəsində Tiflisdə “Gürcüstan mənim vətənimdir” cəmiyyətinin təşkilatçılığı ilə azərbaycanlılarla görüş keçirildiyini deyib. Bundan əlavə, deputatlar azərbaycanlıların yaşadığı səkkiz böyük kənddə olub, sakinlərlə müzakirələr aparıblar. Görüşlərdə yerli əhalinin problemləri araşdırılıb. A. Səmədbəylinin sözlərinə görə, payızda daha böyük nümayəndə heyəti ilə Gürcüstana səfər etmək nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR