Bank Of Baku

YAP-ın 15 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır

YAP-ın 15 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır
# 25 iyul 2007 15:42 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) 15 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır. Bu barədə APA-ya filmin ssenari müəllifi və quruluşçu rejissoru Mehriban Ələkbərzadə məlumat verib. 15 dəqiqədən ibarət olacaq sənədli film “Yeni Azərbaycan naminə” adlanır. Hazırda filmin ssenarisinin hazırlandığını vurğulayan rejissor ekran əsərinin noyabrda təqdim olunacağını deyib. M. Ələkbərzadə həmçinin Qarabağ hadisələrindən bəhs edəcək film hazırlamağı planlaşdırır. O bildirib ki, tarixi faktlar əsasında çəkiləcək filmin gələn il hazırlanması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR