Bank Of Baku

“Müsavat” deputat qrupu parlamentdə fraksiya yaradılması qaydalarının dəyişdirilməsi üçün məsələ qaldıracaq

“Müsavat” deputat qrupu parlamentdə fraksiya yaradılması qaydalarının dəyişdirilməsi üçün məsələ qaldıracaq
# 26 iyul 2007 09:47 (UTC +04:00)
“Müsavat” deputat qrupu parlamentdə fraksiya yaradılması qaydalarının dəyişdirilməsi üçün Milli Məclisin daxili nizamnaməsinə dəyişiklik edilməsi barədə məsələ qaldıracaq. Bu barədə APA-ya deputat qrupunun üzvü Arzu Səmədbəyli məlumat verib. Onun sözlərinə görə, hazırda “Müsavat” deputat qrupu 5 nəfərlə fəaliyyət göstərir və qrupun fraksiya kimi qeydiyyatdan keçməsi mümkün deyil: “Daxili nizamnaməyə əsasən yalnız 25 deputat yığışdıqdan sonra fraksiya yaratmaq olar. Amma biz bir sıra ölkələrin təcrübəsini öyrənmişik. 300 deputatı olan parlamentlərdə belə 5 deputat bir araya gəlib fraksiya yarada bilir. Amma Azərbaycan parlamentində 125 deputat olduğu halda, fraksiya üçün 25 deputat tələb olunur. Bu, Milli Məclisin 1/5-i deməkdir. Dəyişikliklərlə bağlı təklifləri payız sessiyasında Milli Məclis rəhbərliyinə təqdim edəcəyik”. A. Səmədbəyli qeyd edib ki, “Müsavat” deputat qrupunun koordinatorunun müəyyən olunmasına da payız sessiyası başlayandan sonra baxılacaq. O, soyadların əlifba sırası, ya da yaş həddi əsas götürülərək yeni koordinatorun seçiləcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR