Bank Of Baku

Fazil Qəzənfəroğlu: ““Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərə ehtiyac var”

Fazil Qəzənfəroğlu: ““Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərə ehtiyac var”
# 26 iyul 2007 10:08 (UTC +04:00)
““Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərə ehtiyac var”. Bu sözləri APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib. Onun sözlərinə görə, Azərbaycanda dini sahədə kifayət qədər problem var və hazırkı qanunla dini münasibətləri tənzimləmək mümkün deyil: “Bu gün dini azadlığı təmin edən qanun tam şəkildə işləmir. Digər tərəfdən, bu qanun insanların dini azadlığını tam təmin etmir. İnsanlar sərbəst ibadət edə bilmir, qanuna əsaslanaraq insanlara bəzi maneçiliklər törədilir. Dini münasibətlərin normal şəkildə tənzimlənməsi üçün qanuna yenidən baxılmalıdır”. Millət vəkili bununla bağlı parlamentin payız sessiyasında məsələ qaldırılacağını bildirib. F. Qəzənfəroğlu, həmçinin, “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” və “Təhsil haqqında” qanunlarla bağlı da bir sıra təkliflə çıxış edəcəyini, “İnşaat haqqında” qanunun qəbuluna çalışacağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR