Bank Of Baku

Mövsüm Səmədov: “Əhalisinin 97 faizi müsəlman olan ölkədə İslam Partiyasının normal fəaliyyəti labüddür”

Mövsüm Səmədov: “Əhalisinin 97 faizi müsəlman olan ölkədə İslam Partiyasının normal fəaliyyəti labüddür”
# 26 iyul 2007 11:03 (UTC +04:00)
Azərbaycan İslam Partiyasının (AİP) yeni seçilən sədri Mövsüm Səmədov ilk mətbuat konfransını keçirib. APA-nın məlumatına görə, M. Səmədov partiyanın fəaliyyətində köklü dəyişikliklərin olmayacağını deyib. O bildirib ki, AİP təşkilatlanma işini davam etdirəcək və ilk növbədə dövlət qeydiyyatı ilə bağlı məsələni çözməyə çalışacaq. M. Səmədov bir ay ərzində Ali Məclisin toplantısının keçiriləcəyini və bu yığıncaqda partiyanın fəaliyyəti ilə bağlı yeni qərarların qəbul olunacağını açıqlayıb: “Toplantıda müavinlərin təyinatına baxılacaq. Vəzifələrə yeni təyinatların olacağı istisna edilmir. Ümumilikdə isə qurumun fəaliyyətinin genişlənməsi üçün müvafiq addımlar atılacaq. Əhalisinin 97 faizi müsəlman olan ölkədə İslam Partiyasının normal fəaliyyəti labüddür. Partiyamız da cəmiyyətdə islam və milli dəyərlərin təbliği istiqamətində lazımi işləri görəcək”. M. Səmədov AİP-in digər partiyalarla əlaqələrinə də toxunub və münasibətlərin ikitərəfli əməkdaşlıq səviyyəsində davam etdiriləcəyini deyib.
Qeyd edək ki, M. Səmədov 1965-ci ildə Quba rayonunda doğulub. İxtisasca həkimdir və ali ilahiyyat təhsili də alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR