Bank Of Baku

İslam Partiyasının prezident seçkilərinə qatılıb-qatılmayacağı qurumun ali yığıncağında müzakirə ediləcək

İslam Partiyasının prezident seçkilərinə qatılıb-qatılmayacağı qurumun ali yığıncağında müzakirə ediləcək
# 26 iyul 2007 11:14 (UTC +04:00)
“Azərbaycan İslam Partiyasının dövlət qeydiyyatı məsələsi həll olunduqdan sonra partiyanın 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hansı şəkildə qatılacağı müəyyən ediləcək”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov deyib. O bildirib ki, bütün hallarda partiyanın seçkilərə qatılıb-qatılmayacağı qurumun ali yığıncağında müzakirə ediləcək: “Partiya seçkiyə qədər dövlət qeydiyyatına alınmazsa, müvafiq qərar veriləcək. Ola bilsin, namizədlərdən biri dəstəklənsin. Hələlik bu barədə konkret fikir söyləmək düzgün olmazdı”. M. Səmədov qurultaydan öncə partiya daxilində yaranan narazılıqlara da toxunub: “Hər partiyada fikir ixtilafı ola bilər. Bu, nöqsan deyil, təşkilat daxilində olan demokratik mühitin təzahürüdür. Buna baxmayaraq, bütün iradlar araşdırılacaq və Nizamnamə çərçivəsində həll olunmağa çalışılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR