Bank Of Baku

İslam Partiyası AQB-nin fəaliyyətinin bərpasını məqsədəuyğun saymır

İslam Partiyası AQB-nin fəaliyyətinin bərpasını məqsədəuyğun saymır
# 26 iyul 2007 12:12 (UTC +04:00)
İslam Partiyası Azərbaycançı Qüvvələr Birliyinin fəaliyyətinin bərpa olunmasını məqsədəuyğun hesab etmir. Partiyanın sədri Mövsüm Səmədov APA-ya bildirib ki, AİP bundan sonra heç bir siyasi blokda təmsil olunmaq niyyətində deyil. O, AİP-in siyasi qurumlarla ikitərəfli əməkdaşlığa üstünlük verəcəyini deyib.
Azərbaycançı Qüvvələr Birliyinin (AQB) həmtəsisçisi, Azərbaycan Birlik Partiyasının (ABP) sədri Xudu Xuduyev isə bu məsələ ilə əlaqədar quruma daxil olan partiyalar arasında müzakirələr aparılmadığını söyləyib. X. Xuduyev AQB-nin onsuz da lazımi şəkildə fəaliyyət göstərmədiyini qeyd edib: “AQB neçə ildir normal fəaliyyət göstərmir. Qurumun dağılması labüddür. Hərənin öz yolu var və İslam Partiyasının yeni seçilən sədrinin də özünəməxsus siyasi xətti ola bilər. Digər tərəfdən, Azərbaycanda ictimai-siyasi blokların fəaliyyəti yox dərəcəsindədir. Çünki bütün imkanlar iqtidarın əlində cəmləşib və müxalifətdə olan partiyalar da iqtidarla siyasi bazarlıq edir. Bu mənada təəssüflənəcək heç nə yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR